<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>403</hymn_number>
<lyrics>[V1]
 Dağları daşlarla bəzəyən,
 Göyləri quşlarla bəzəyən Allah.
 Yeri naxışlarla bəzəyən,
 Göylərdə çıraq yandıran Allah.

[C1]
   Nəfsimin quşuna dar qəfəs ver,
   Eşqimə qanad ol, qaynar nəfəs ver.
   Yapış əlimdən, səsimə səs ver
   Özünə dost elə məni.

[V2]
 Bəzə varlığımı Sözünlə,
 Doldur ürəyimi məhəbbətinlə.
 Ömürlük bağlıyam mən Sənə,
 İlahi, Özünə dost elə məni.</lyrics>
<title>Dağları daşlarla bəzəyən İL403</title>
</song>